“Qəbələ” məşqləri bərpa etdi

10:46 25 İyul 2018

“Qəbələ” 2018/19 mövsümünə hazırlığın sonuncu mərhələsinə start verib.

 

Sportarena.az xəbər verir ki, dünən Bakıda bir araya gələn “qırmızı-qaralar” məşq prosesini paytaxtda gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq “Bakı”nın təlim-məşq bazasında baş tutub. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşqdə futbolçular öncə fiziki çalışmaları yerinə yetirib, ardınca toplu hərəkətləri icra edib.

 

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə oyununda zədələnən Voyislav Stankoviç fərdi hazırlıq keçib.


Digər xəbərlər

Xəbər xətti