“Qarabağ”ın sabiq legionerləri Admir Teli və Nderip Nedzipi Ağdam klubunun düşərgəsinə baş çəkiblər.
Sportarena.az xəbər verir ki, keçmiş futbolçuları Azərbaycan çempionunu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Kukesi" klubuyla səfər matçı öncəsi son məşqindən əvvəl ziyarət ediblər.
Qeyd edək ki, makedoniyalı Nedzipi Albaniya klubunun idman direktorudu. Albaniyalı Teli isə "Qarabağ"da ən çox oyun keçirən legionerlərdən biridi. Onların hər ikisi eyni vaxtda Ağdam klubunda çıxış ediblər.