Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Kukesi” (Albaniya) təmsilçimizlə görüşlərin iştirak ərizəsində dəyişiklik edib.
Sportarena.az xəbər verir ki, hazırlıq səviyyəsi yetərli olmayan braziliyalı hücumçu Roqeri makedoniyalı yarımmüdafiəçi Lavdrim Ebipi əvəzləyib.
"Qarabağ” "Kukesi” ilə ilk oyununu bu gün səfərdə keçirəcək və qarşılaşma saat 21:00-da başlayacaq. Cavab matçı isə avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.