“Trabzonspor”da forma geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin başqa klubuna keçə bilər.
Sportarena.az xəbər verir ki, Şeydayevin “Osmanlıspor”un nigeriyalı futbolçusuAminu Umarla dəyişdirilməsi variantı var. Fabian Kastilyonun gedişindən sonra “Trabzonspor” uzun müddətdir danışıq apardığı afrikalı hücumçu üçün “Osmanlıspor”la təmasa keçib. Trabzonlular Umarın müqabilində qarşı tərəfə Ramil Şeydayevi və 350 min avro pul təklif ediblər. Qarşı tərəf hələ ki, bu təklifə konkret cavab verməyib.
Həmçinin, Avstriyanın “Mattersburq” klubu da Şeydayevin transferindən əl çəkmək istəmir. Komandanın baş məşqçisi Gerald Baumqartner açıqlamasında Ramili istədiklərini bir daha bildirib.
Şeydayevin “Trabzonspor”la müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.