“Qarabağ” klubu bu gün Çempionlar Liqasınının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Kukesi” (Albaniya) ilə keçiriləcək matçdan əvvəl bəyanat yayıb.
Sportarena.az xəbər verir ki, klubun bəyanatında bunlar qeyd olunub:
“Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” - “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.
Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “AZƏRÇAY” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.
Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq”.
Qeyd edək ki, “Kukesi” - “Qarabağ” matçı saat 21.00-da başlayacaq.