"Keşlə"nin yeni baş məşqçisinin adı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə qərar klubun Müşahidə Şurasının iclasında verilib. Paytaxt təmsilçisinə bundan sonra Mladen Milinkoviç rəhbərlik edəcək. 50 yaşlı serbiyalı məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Milinkoviçin son iş yeri "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Kukesi" olub. O, Albaniya klubundan 2017-ci ildə göndərilib. Serb çalışdırıcı həmin vaxtdan işsizdi.