"Atletiko"dan pulsuz transfer

16:15 25 İyul 2018

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliyanın “Sportinq” klubu ilə yollarını ayıran Jelson Martinsi transfer edib. Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Transfer dəyəri 35 milyon avro olan Martins ispanlara havayı başa gəlib. 23 yaşlı futbolçu Lissabon təmsilçisindən azad agent kimi ayrıldığından, yeni klubu ona görə heç bir təzminat ödəməyib. Futbolçu “Atletiko” ilə 5 illik müqaviləyə imza atıb.

 

Xatırladaq ki, azarkeşlərin klub bazasına hücumundan sonra “Sportinq”i tərk edən futbolçulardan biri də məhz portuqaliyalı hücumçu idi. 


Digər xəbərlər

Xəbər xətti