Yeni mövsümdən Topaz Premyer Liqada çıxış edəcək “Sabah” daha üç futbolçunun keçidini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, müdafiəçi Ülvi İbazadə ilə 2, yarımmüdafiəçilər - Tərzin Cahangirov və Elgün Nəbiyevlə isə müvafiq olaraq 2 və 3 illik müqavilə bağlanıb.
Ülvi İbazadə son olaraq "Xəzər"də, Tərzin Cahangirov "Kəpəz"də, Elgün Nəbiyev isə "Zirə"də çıxış edib.