"Sumqayıt" Super Liqa klubuna qalib gəldi

23:17 25 İyul 2018

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda bu gün növbəti yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gəlib.

 

Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma "Sumqayıt" qələbəsi ilə başa çatıb - 3:1.

 

"Sumqayıt"ın heyətində Yusif Nəbiyev dubl edib. Digər qolu isə Əfran İsmayılov vurub.


Digər xəbərlər

Xəbər xətti