Premyer Liqa klubları yoxlama oyunu keçirəcək

10:45 26 İyul 2018

Yeni mövsümün hazırlığını gündə iki məşqlə davam etdirən "Neftçi” yoxlama oyunu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” iyulun 28-də "Keşlə” ilə qarşılaşacaq. “Neftçi”nin bazasında keçiriləcək görüş saat 18:00-da start götürəcək.

 

“Keşlə” bu gün serbiyalı mütəxəssis Mladen Milinkoviçlə müqavilə bağlayıb. “Neftçi” ilə oyun onun “Keşlə”nin “sükanı arxasında” ilk matçı olacaq.


Digər xəbərlər

Xəbər xətti