Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Suonsi" klubunda çıxış edən Andre Ayyunu heyətinə qatıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, qanalı hücumçu bir illik icarəyə götürülüb. Lakin mövsümün sonunda “Fənərbaxça” onun transfer hüququnu da almaq şansı əldə edib.
Qana yığmasının da şərəfini qoruyan 28 yaşlı futbolçu karyerası ərzində “Suonsi"dən başqa, “Vest Hem” və “Olimpik” (Marsel) klublarının da formasını geyinib.