"Asan oyun olmayacağını bilirdik. "Qarabağ"ın keyfiyyətli komanda olduğu hamımıza bəlli idi. İlk görüşdə qol buraxmamaq çox vacib amil idi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Kukesi"nin idman direktoru Nderim Nedzipi ÇL-in II təsnifat mərhələsinin "Qarabağ"la Albaniyada baş tutan ilk görüşdən sonra deyib. Klub rəsmisi nəticəni yaxşı hesab edib və "Qarabağ"ı yenə də cütün favoriti hesab edib:
"Bu nəticə yaxşıdır. Futbolçuları bu oyuna görə təbrik edirəm. Qapımızda ciddi həyəcan yaşamadıq. Cavab qarşılaşmasında daha möhtəşəm oynamaq lazımdır. Buna baxmayaraq, "Qarabağ" yenə də favoritdir. Ancaq futbolda heç nə bilmək olmur. Şanslarımız var. Sürpriz etmək üçün əlimizdən gələni edəcəyik".
Nedzipi "Qarabağ"da forma geyinən həmyerlisi, vaxtıyla çiyin-çiyinə oynadığı Ansi Aqolli haqda danışıb:
"Aqolli ilə birgə "Qarabağ"da oynamışam. Onlara bu gün əziyyət verdik . Bəlkə də, belə oynayacağımızı gözləmirdilər. Ansi mənim "Qarabağ"dakı dostlarımdan biridir. Onun klubun əfsanələri olmasından şadam. Albaniyaya rəqib kimi ilk dəfə gəldiyi üçün ona hörmət etməliyik".
Qeyd edə ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-də keçiriləcək.