Ruslan Abışov harada əməliyyat olunacaq?

16:44 26 İyul 2018

"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq.

 

Sprortarena.az xəbər verir ki, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq. Bu barədə xəbəri klubun saytı yayıb.

 

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Onun azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.

 

"Neftçi" iki oyunun nəticəsinə görə "Uypeşt"ə uduzaraq, Avropa Liqasında mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti