İranlı hücumçu Premyer Liqa klubunda

17:33 26 İyul 2018

İran millisi və "AZ Alkmaar"ın hücumçusu Əlirza Cahanbaxış karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, iranlı forvard "Brayton"la 5 illik müqavilə bağlayıb. Onun transferi "qağayılar"a 25 milyon avroya başa gəlib. Bu klubun tarixində ən yüksək transfer məbləği hesab olunur.

 

Alireza ötən mövsüm Hollandiya çempionatının bombardiri olub. O, 33 oyunda 21 qol vurub. Hücumçu DÇ-2018-də İran yığmasının heyətində olub. İran 4 xal toplasa da, qrup mərhələsini adlaya bilməyib.


Digər xəbərlər

Xəbər xətti