“Səbail” braziliyalı müdafiəçi ilə anlaşdı

18:51 26 İyul 2018

Növbəti mövsümə hazırlaşan "Səbail" müdafiə xəttini gücləndirib. 

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Kosta Rikanın "Deportivo Saprissa" klubunda çıxış edən braziliyalı Enrike Moura Perillo ilə anlaşıb. 27 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanılacaq. Bu barədə klubun “facebook” səhifəsi də məlumat verib.

 

Enrike karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti