İtaliya “A” seriyasında 2018/19 mövsümününün püşkü atılıb.
Sportarena.az xəbər verir ki, ilk turun görüşlərinə avqustun 18-də start veriləcək.
Son illərin dəyişməz çempionu “Yuventus” açılış turunda “Kyevo”nun qonağı olacaq. Turin klubunun yeni transferi Kriştianu Ronaldo “A” seriyasında bu matçda debüt edə bilər.
Atalanta - Frozinone
Bolonya - SPAL
Kyevo - Yuventus
Empoli - Kalyari
Latsio - Napoli
Milan - Cenoa
Parma - Udineze
Sampdoriya - Fiorentina
Sassuolo - İnter
Torino - Roma