"Qarabağ"ın heyətinə qatdığı İnnosent Emeqaranın müqavilə şərtləri bəlli olub.
Sportarena.az xəbər verir ki, "Qarabağ"la iki illik müqavilə bağlayan Nigeriya əsilli isveçrəli hücumçu bu müddət ərzində 800 min avro qazanc əldə edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Emeqaranın son klubu Kiprin "Ermis" komandası olub. 29 yaşlı hücumçu Ağdam klubuna azad agent statusu kimi keçib.