Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, "qartallar" Türkiyənin "Osmanlıspor" klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 19:00-da başlayan matçda “Zirə” 1:0 hesabı ilə qalib gəlib.
"Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Qətər "Əl-Xaritiyah"ı ilə 1:1, Türkiyənin "Girəsunspor" klubu ilə isə 0:0 hesablı heç-heçə edib.