Ramin Musayev: "Ruslan Tağızadənin atası məni boğaza yığıb"

12:42 27 İyul 2018

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatmadan sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərə açıqlama verib:

 

“Ötənilki çempionat maraqlı keçsə də, avrokubokdakı nəticələrdən razı qalmadım. Klublarımız Avropa Liqasına bir ay qalmış hazırlaşmağa başlayırlar. Bu prosesə qışdan start vermək lazımdır. Amma buna rəğmən, reytinqdə iki pillə irəlilədik.

 

Çalışırıq ki, haqq-ədalətin olduğu bir çempionat təşkil edək. İndiyə qədər ciddi bir problemimiz olmayıb. Yeni mövsümdə 1-ci divizion klublarının sayı az olduğu üçün əvəzedicilərlə birləşdirdik. Başqa reqlament və limitlə yeni çempionat keçirəcəyik. Bu layihənin də özünü doğruldacağına inanıram. Yerli oyunçu qıtlığl var, bu, danılmaz fakdır. Aşağı yaş qruplarında lazımı səviyyədə işlər getmir. Millinin baş məşqçisi Qurban Qurbanovla söhbətimizdə də bu məsələrəri müzakirə edirik".

 

Musayev danışılmış oyunlarla bağlı da fikir bildirib:

 

“Danışılmış oyunlarda adları hallanan klublar çempionatda olmayacaq. Birinci divizion təmsilçilərindən 6-sı yarışa qatılmalıdı. İnşallah, gələn həftə püşkatma mərasimi olacaq. Hansısa komanda yarışda olmasa, deməli, az-çox adı danışılmış oyunlarda hallanıb. Məsələn, “Binə”nin və İmişli klubunun rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirik. 30-35 yaşlı futbolçular 1-ci divizionda nə futbola, nə də özlərinə xeyir verirlər. 20-22 yaşlı oyunçu artıq özünə həyat qurmalıdır. Bilməlidir ki, ya futbolçudur, ya da özünə başqa sənət tapsın.

 

Transfer vaxtı futbolçuların tanışları o qədər zəng vururlar ki... İzah edə bilmirsən ki, bu adam futbol oynaya bilmir. Oğluma da dedim ki, get, işinlə məşğul ol.

 

Ruslan Tağızadənin atası məni boğaza yığıb. And verir ki, oğluma kömək elə, səviyyəsi Premyer Liqadan da güclüdür. Halbuki Ruslanın da adı danışılmış oyunlarda hallanır. Fikirləşmir ki, səndən futbolçu olmaz. Əvvəlki vaxt gedib, indi pul yoxdur”.


Digər xəbərlər

Xəbər xətti