Futbol üzrə Azərbaycan Premyer Liqasının rəsmi tərəfdaşı olan "Topaz" şirkətinin 2018/19 mövsümü üçün turnirin təşkilatçısı Peşəkar Futbol Liqasına ödəyəcəyi məbləğ məlum olub.
Sportarena.az xəbər verir ki, qurumun prezidenti Ramin Musayev yeni mövsümün püşkatma mərasimindən sonra keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Musayev şirkətin PFL-ə 600 min manat ödəyəcəyini bildirib.
Qeyd edək ki, "Topaz"la PFL arasındakı əməkdaşlıq 2012-ci ildən bəri davam edir.