Artıq 3 mövsümdür ki, Portuqaliyada legioner həyatı yaşayan gənc futbolçu Budaq Nəsirov "Sportinq”dən ayrılmaq üzrədi.
Sportrena.azxəbər verir ki, buna səbəb futbolçunun az oynaması, "B” komandasının heyətindən əsas komandaya yüksələ bilməməsidi. Məlumatı "Futbol+” qəzetinə açıqlamasında Budağın meneceri Vaqif Heydərli də təsdiqləyib.
FİFA meneceri bildirib ki, yaxın günlərdə "Sportinq” rəsmiləri ilə görüşməyi planlaşdırır və bundan sonra Nəsirovun gələcək karyerasına aydınlıq gələcək.