DÇ-2018-in ən gözəl qolu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, FİFA-nın saytında keçirilən səsvermədə azarkeşlər Fransa millisinin üzvü Benjamen Pavarın qolunu fərqləndiriblər. Burda 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərilirdi.
Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.
2006-cı ildən təsis olunan “Mundialın ən gözəl qolu” nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.