Millimizin üzvünün qardaşı "Fənərbaxça"nın hədəfində

17:49 27 İyul 2018

"Fənərbaxça"nın transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi"Feyenoord"un 17 yaşlı yarımmüdafiəçisi Orkun Kökçünü transfer hədəfinə alıb. Kökcünün transferi üçün Rotterdam klubu ilə danışıqlar aparılır. Kökcü ilə "Beşiktaş"ın da maraqlandığı bildirilir.

 

Qeyd edək ki, Orkun Kökçü 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün qardaşıdır. Ozan "Bursaspor"da çıxış edir.

 

AFFA bir müddət öncə istedadlı futbolçunu milliləşdirmək üçün addın atıb, lakin Orkun Hollandiya millisini seçməyi üstün tutub. Orkun Hollandiyanın aşağı yaş qruplarından ibarət millisində forma geyinir.


Digər xəbərlər

Xəbər xətti