ÇSKA Qolovini 30 milyona satdı

22:57 27 İyul 2018

Rusiya millisi və Moskva ÇSKA-sının yarımmüdafiəçisi Aleksandr Qolovinin yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu “Monako”ya keçib. Məlumatı hər iki klubun rəsmi saytı yayıb. Gənc oyunçunun transferi fransızlara 30 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb.

 

Qolovinin yeni klubunda illik gəliri 2 milyon avro təşkil edəcək.


Digər xəbərlər

Xəbər xətti