Rusiya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

23:20 27 İyul 2018

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov yığmadakı işini davam etdirəcək.

 

Sportaren.az xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilə yenilənib. Onunla 2+2 illik yeni sözləşmə imzalanıb. Baş məşqçinin illik gəlirinin 2,5 milyon avro olacağı bildirilib.

 

Qeyd edək ki, Rusiya millisi Çerçesovun rəhbərliyi altında DÇ-2018-də 1/4 finala çıxıb. Bu, yığmanın postsovet tarixində ən yaxşı nəticəsidir.


Digər xəbərlər

Xəbər xətti