"Sumqayıt" Türkiyədəki son oyununda qalib gəldi - YENİLƏNİB

23:45 28 İyul 2018

2018/19 mövsümünə hazırlaşan "Sumqayıt" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı komanda Türkiyə 1-ci liqa təmsilçisi "Girəsunspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda baş tutan oyunda "Sumqayıt" minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə Süleyman Əhmədov vurub.

 

Bununla da, "Sumqayıt" Bolu toplanışını başa vurub. Komanda sabah səhər saatlarında vətənə yola düşəcək.

 

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki əvvəlki yoxlama oyunlarında Qətərin “Əl-Şəhaniyə” klubu ilə heç-heçə edib (1:1), Türkiyənin “Alanyaspor” klubuna 0:7 hesabıyla məğlub olub, yerli “Yeni Malatyaspor”a isə 3:1 hesabı ilə qalib gəlmişdi.

 

Yoxlama oyunu

28 iyul

Sumqayıt - Girəsunspor 1:0

Qol: Süleyman Əhmədov, 36


Digər xəbərlər

Xəbər xətti