"Qarabağ" heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, Ağdam klubu Şotlandiyanın "Harts" klubunun hücumçusu Kayl Laffertini transfer etmək istəyir. Bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
"Qarabağ"la yanaşı, "Reyncers" və "Seul"un da şimali irlandiyalı oyunçu ilə maraqlandığı bildirilib.Hətta Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers"in 30 yaşlı oyunçu üçün 200 min funt-sterlinqlik təklif göndərdiyi vurğulanıb. Amma bu təklifi “Harts” qəbul etməyib. Leffertinin bu 3 klubdan birinə keçəcəyi iddia olunur.
"Harts" rəhbərliyi gələn ilin yayına qədər Laffertinin transfer qiymətinin 750 min funt-sterlinq olduğunu açıqlayıb.
Qeyd edək ki, ötən ilin yayında da Laffertinin adı "Qarabağ"la yanaşı hallanırdı.