İtaliyanın “İnter” klubu heyətini yeni oyunçu cəlb edib.
Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atletiko”nun xorvatiyalı müdafiəçisi Şime Vrsalkonu heyətinə qatıb. Futbolçu ilə 1 illik icarə müqaviləsi bağlanılıb. “İnter” Vrsalkoya görə, “Atletiko”ya 8 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vrsalko Xorvatiya millisi ilə DÇ-2018-də gümüş medalları qazanıb.