“Keşlə” yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir.
Sportarena.az xəbər verir ki, Bakı klubu Elnur Cəfərovla müqavilə bağlayıb. Cəfərovla imzalanmış müqavilə müddəti bir ili əhatə edəcək. Məlumatı klubun saytı yayıb.
Cəfərov son mövsümdə “Neftçi”nin heyətində çıxış etmişdi.