"Beşiktaş" onları rəsmən təqdim etdi

15:34 28 İyul 2018

Türkiyənin “Beşiktaş” klubu yeni transferlərini rəsmən ictimaiyyətə təqdim edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Meksikanın “Krus Asul” klubundan Enzo Rokonu heyətinə qatıb. Çilili mərkəz müdafiəçisi ilə 4 illik müqaviləyə imza atıb. Azad agent kimi transfer edilən 25 yaşlı futbolçuya görə “Beşiktaş” heç bir təzminat ödəməyib. Roko “qara qartallar”ın bu yay ilk legioner transferi olub.

 

İstanbul klubu Rokonun ardından Umut Nayır transferini də açıqlayıb. Geridə qalan mövsümdə icarə əsasında “Ankaragücü”ndə çıxış edən 25 yaşlı hücumçu ilə də 4 illik müqavilə imzalanıb.

 

“Osmanlıspor”dan alınan futbolçuya görə “Beşiktaş” 250 min transfer haqqı ödəyib. Umutun özü isə yeni klubunda ilinə 1 milyon 750 min avro qazanacaq.


Digər xəbərlər

Xəbər xətti