Dadaşov oynadı, komandası yeni mövsümə qələbə ilə başladı

18:35 28 İyul 2018

Futbol üzrə Almaniya 3-cü Liqasında yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da 2018/19 mövsümündə ilk matçına çıxıb. Futbolçumuzun komandası səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 4:1.

 

Bu klubun yeni transferlərindən olan Rüfət də “Proyssen”də ilk rəsmi matçını keçirib. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

 

Komandasının ikinci qolunu da məhz Dadaşov vurub. O, 43-cü dəqiqədə fərqlənməklə hesabı 2:0 edib.


Digər xəbərlər

Xəbər xətti