"Neftçi" "Keşlə"yə qalib gəldi

23:35 28 İyul 2018

“Neftçi” yeni mövsümə hazılığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda bu gün hazırlıq çərçivəsində “Keşlə” ilə yoxlama oyunu keçirib. “Neftçi”nin bazasında baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

 

“Neftçi” ilk hissədə bir neçə qol epizodu yaratsa da, fasilədən sonra fərqlənə bilib. İlk qolu 67-ci dəqiqədə Dario Frederikonun ötürməsindən sonra Emin Mahmudov vurub. Bundan 2 dəqiqə sonra Mirabdulla Abbasov fərqlənib. Bunadək isə Frederiko ilə Abbasovun zərbələri qapı dirəyinə tuş gəlib.

 

Xatırladaq ki, “Neftçi” bu mövsüm Topaz Premyer Liqasında ilk matçını səfərdə “Sumqayıt”a qarşı keçirəcək. "Keşlə" isə "Sabah"ı qəbul edəcək. 1-ci turun oyunları avqustun 11-12-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti