Almaniyanın paytaxtı Berlində gənclərin Avropa kuboku yarışı keçirilir.
Sportarena.az xəbər verir ki, yarışın ilk günü cüdoçularımız 3 medal əldə ediblər. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub. Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 38 ölkədən 535 (323 oğlan, 212 qız) cüdoçunun qüvvəsini sınadığı qitə yarışında Azərbaycan millisi 18 (12 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur.