"Atletiko" Dieqo Simeonenin oğlunu alır?

14:30 29 İyul 2018

“Atletiko” “Fiorentina”nın hücumçusu Covanni Simeoneni transfer etmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, “hindular” hücumçuya görə “Fiorentina”ya rəsmi təklif göndəriblər. “Atletiko” onu almaq üçün 40 milyon avro ödəməyə hazır olduğunu bildirib. Ancaq “Fiorentina” bu təklifdən imtina edib. Klub rəhbərliyi Simeoneni daha baha qiymətə satmağı planlaşdırır.

 

Covanninin klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. O, ötən mövsüm 38 oyunda 14 qol vurub.

 

Qeyd edək ki, Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.


Digər xəbərlər

Xəbər xətti