"Qəbələ"dən ayrılan futbolçu rəsmən Hollandiya klubunda

17:24 29 İyul 2018

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Dion Omar Malone karyerasını Hollandiyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı dayaq yarımmüdafiəçi sabiq komandası "Den Haaq"a keçib. Surinam əsilli hollandiyalı futbolçu 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Malone "qırmızı-qaralar"da 21 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti