Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da 2018/19 mövsümündə ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matçın 69-cu dəqiqəsində meydana buraxılıb.