MY-də ciddi itki

10:30 30 İyul 2018

“Mançester Yunayted” yeni mösvümün əvvəlində serbiyalı yarımmüdafiəçisi Nemanya Matiçin xidmətindən istifadə edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, Matiçin mövsümün əvvəlində meydana çıxmayacağını MY-nin baş məşqçisi Joze Mourinyo deyib. Portuqaliyalı mütəxəssis Beynəlxalq Çempionlar Kubokunda “Liverpul”a 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra Matiçin niyə oyunda iştirak etməməsinə aydınlıq gətirib:

 

“Matiç Rusiyada keçirilən dünya çempionatından zədəli qayıtdı. Ona istirahət üçün vaxt verdik, amma bu da zədəsini sağaltmaq üçün bəs etmədi. Sonra isə əməliyyat olundu. Mövsümün əvvəlində bizə kömək edə bilməyəcək. Yaşıl meydana nə vaxt dönəcəyini isə hazırda bilmirəm”.


Digər xəbərlər

Xəbər xətti