"Real"dan "Çelsi"yə 112 milyonluq təklif

12:15 30 İyul 2018

“Real” “Çelsi"nin iki futbolçusunu - Villianı və Tibo Kurtuanı transfer etmək niyyətindən əl çəkməyib.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” Çelsi”yə daha bir təklif göndərib. Bu dəfə 2 futbolçu üçün 100 milyon funt (təxminən 112 milyon avro) təklif olunub.

 

Villianla “Mançester Yunayted” də ciddi maraqlanır. İngiltərə mətbuatında yayılan məlumatda bildirilir ki, MY Villian üçün 74 milyon avro təklif edib.

 

Villian “Çelsi”də 2013-cü ildən çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm 36 oyunda 6 qol vurub, 7 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti