Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.
Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı paytaxt təmsilçisi bu dəfə İranın “Traktorsazi” klubunun U-23 komandası ilə qarşılaşıb.
Qarşılaşma zirəlilərin qələbəsi ilə başa çatıb – 3:0. Qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurub.