Ulduz futbolçu karyerasını bitirdi

13:30 30 İyul 2018

"Çelsi" və "Real”ın sabiq futbolçusu Maykl  Esyen karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, Qana millisinin yarımmüdafiəçisi 35 yaşında futbolla vidalaşıb.

 

Qeyd edək ki, Esyen 2012-ci ildə “Çelsi” ilə Çempionlar Liqasını qazanıb. Son mövsümü İndoneziyanın "Persib" komandasında keçirən futbolçu "Lion", "Milan” və “Panatinaikos” klublarında da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti