“Kəpəz”in baş məşqçisinin köməkçiləri məlum oldu

16:50 30 İyul 2018

Növbəti mövsümdən 1-ci divizionda çıxış edəcək “Kəpəz”in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, İbrahimovun başçılıq etdiyi məşqçilər korpusunda Orxan Verdiyev və Tariyel Hüseynov yer alıb. Sonuncu qapıçılarla işləyəcək.

 

Karyerası dövründə Gəncə klubunun şərəfini qorumuş Hüseynov “sarı-göylər” vaxtilə aşağı liqada çıxış edəndə də əsas komandada çalışıb. Son mövsümdə isə o, aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.

 

Orxan Verdiyevə gəlincə, baş məşqçinin tanıdığı və inandığı sima klub futbolunda ilk addımlarını atır. Yerli idman məktəbində 7 ildir çalışan Verdiyev, Gəncə futbolunda perspektivli məşqçilər arasında göstərilir.


Digər xəbərlər

Xəbər xətti