Çexiyanın futbol üzrə gənclər liqasında yeni mövsüm start götürüb.
Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” ilk turda “Viktoriya”nı qonaq edib. Qarşılaşma “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Nəbiyev meydana start heyətində çıxıb, 20 və 35-ci dəqiqələrdə qol vurub.
Fərid 83-cü dəqiqədə əvəzlənib.