"Neftçi" üçün daha bir sınaq

17:50 30 İyul 2018

Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi”nin əsas və əvəzedici komandaları yoxlama oyununda qarşılaşacaqlar.

 

Sportaren.az xəbər verir ki, avqustun 4-də klubun bazasında baş tutacaq görüş saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, əsas komanda bundan əvvəlki sınaq matçında “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. Əvəzedicilər isə avqustun 1-də “Zirə” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti