"Arsenal" Məsut Özilə gözlənilməz jest edib.
Sportarena.az xəbər verir ki, ötən həftə irqçilik və ayrı seçkiliklə üzləşdiyi üçün Almaniya milli komandasındakı karyerası başa vuran futbolçusuna dəstək olmaq istəyən London klubunun rəhbərliyi və baş məşqçi Unai Emeri futbolçuya dəstək olmaqla bağlı qərar qəbul ediblər. Belə ki, Özil bundan sonra "topçular"ın kapitanı olacaq. Bu barədə Emeri jurnalistlərə məlumat verib:
"Mesut Özilə edilənlər çox yanlış idi. Onu çox incitdilər və qəlbini qırdılar. Bu səbəbdən "Arsenal" klubu olaraq Özilin bu qərarlı davranışını şərəfləndirmək üçün kapitanlıq sarğısını ona təqdim etdik. Çünki o bu məsələdə çox haqlı idi".