Almaniyalı azarkeşlərdən Özilə dəstək yürüşü - FOTO

01:49 31 İyul 2018

İrqçi davranışlar səbəbiylə Almaniya millli komandasında karyerasını başa vuran Məsut Özilə dəstək gəlməkdə davam edir.

 

Sportarena.az xəbər verir ki, bu dəfə yüzlərlə almaniyalı futbolsevər Məsut üçün Berlin küçələrinə yığışıb, irqçiliyə qarşı etiraz nümayış etdiriblər. Almaniya və Türkiyə bayraqlarının birgə dalğalandırıldığı nümayişdə azarkeşlər üzərində “ichbinÖzil” (“Mən Öziləm”) yazılan köynəklər geyinərək həm mətbuata, həm də Almaniya Futbol İttifaqına etiraz ediblər.

 

Türk əsilli futbolçunun may ayında Londonda Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi. Rusiyada keçirilən DÇ-2018-dən sonra isə Özil milli karyerasını başa vurduğunu açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti