“Beşiktaş”ın “Arsenal”ın qolkiperi David Ospina üçün ödəyəcəyi məbləğ məlum olub.
Sportarena.az xəbər verir ki, əsas qapıçısı Fabrinin “Fulhem”ə transferindən sonra qolkiper axtarışlarını davam etdirən “qara qartallar”, Ospina üçün “Arsenal”la razılıq əldə edib. “Topçular” “Beşiktaş”ın kolumbiyalı futbolçunun transferi üçün 1,5 milyon avroluq təklifini qəbul edib.
“Beşiktaş” eyni zamanda “Bursaspor”un qapıçısı Harun Təkin üçün də klubuyla danışıqları davam etdirir. “Bursaspor”un İstanbul təmsilçisindən Təkin üçün 3 milyon avro istədiyi bildirilir.