“Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Kukesi"nin iki futbolçusu - Rustem Noxa və Valon Etemi karyeralarını Azərbaycanda davam etdirə bilərlər.
Spotarena.az xəbər verir ki, bu iki futbolçu ilə "Keşlə" maraqlanır. Bu barədə Albaniya mətbuatı məlumat yayıb.
“Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviç "Kukesi"də rəhbərliyi altında çıxış edən futbolçuları komandasında görmək istəyir. Noxa və Etemlə "Kukesi" Bakıda olduğu müddətdə danışıqlar aparılacağı bildirilir.
27 yaşlı albaniyalı Noxa mərkəz müdafiəçisi, 20 yaşlı Valon isə yarımmüdafiəçidir.