Kavani PSJ-dən ayrılır?

11:28 31 İyul 2018

PSJ-nin baş məşqçisi Tomas Tuhel Edinson Kavaninin Paris klubundan ayrılacağı iddialarına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, uruqvaylı hücumçunun belə bir fikrinin olmadığını deyib:

 

"Kavani PSJ-də qalmaq niyyətindədir. Mən onunla danışmışam və bu məsələni müzakirə etmişik. Edinson klubunu dəyişməyi düşünmür".

 

Qeyd edək ki, E.Kavani ilə "Real"ın maraqlandığı iddia olunur.


Digər xəbərlər

Xəbər xətti