Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sabah "Qarabağ"la qarşılaşacaq "Kukesi" Bakıya gəlib.
Sportarena.az xəbər verir ki, gecə saatlarında paytaxtımıza çatan Albaniya klubunu Heydər Əliyev adına Beynəlxalq hava limanında komandanın sabiq hücumçusu Rauf Əliyev və sabiq baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar.
Qeyd edək ki, "Qarabağ" - "Kukesi" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.