“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Avstraliyanın "Melburn" klubundan ayrılıb.
Sportarena.az xəbər verir ki, 31 yaşlı vinger Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. Surinam əsilli hollandiyalı futbolçu elitanın debütantı “Baniyas” klubu ilə bir illik müqavilə bağlayıb.
Qeyd edək ki, Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, "Qarabağ"la 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb. Leroy ötən mövsüm Avstraliya A Liqasında 29 oyuna 9 qol vurub 14 assist edib.